Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyinin təşkilatçılığı ilə “2-ci Bakı Rinoplastika Günləri” beynəlxalq elmi-praktiki konfransı baş tutub.
Brazilya, Bolqarıstan, Peru, Pakistan, İngiltərə, İordaniya və s. ölkələrdən yüzlərlə mütəxəssisin qatıldığı konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Yeni Klinikanın direktoru Barat Yusubov iştirak edib. Ökəmizi və mədəniyyətimizi dünyaya tanıtmaq məqsədi ilə təşkil olunan konfrans zamanı baş tutan sərgidə Yeni Klinika öz stendi ilə təmsil olunub.
Sərgidə gələn qonaqlara TƏBİB tabeliyində fəaliyyət göstərən, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisəsi haqqında ətraflı məlumat verilərək klinika haqqında ünvanlanan suallar cavablandırılıb.