TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə “Müasir genetikada mövcud yanaşmalar” mövzusunda simpozium keçirilib.
Yeni Klinikanın direktoru Barat Yusubovun iştirakı ilə baş tutan simpoziumda müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən mama-ginekoloq, uroloq, hematoloq, terapevt, genetik, onkoloq və nevroloqlar iştirak ediblər.
İki hissədən ibarət simpoziuma Yeni Klinikanın həkim-uroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Emil Muxtarov, tibb elmləri üzrə fəlsəfə doktoru Valeh Hüseynov, professor İslam Mahalov, Dr. Camal Musayev moderatorluq ediblər.
Sitoloji nümunələr üzərində genetik testlər, hematoloji və ginekoloj xəstəliklər zamanı genetik testlər, müasir genetikada mövcud yanaşmaların müzakirə olunduğu simpoziumda Yeni Klinikanın həkim-uroloqu Elnur Ziyadov “Uşaqlarda sidik yollarının daş xəstəliyinin etiologiyasının multigen panel ilə öyrənilməsi və metabolik araşdırmayla qiymətləndirilməsi” mövzusunda çıxış edib.
Sonda simpozium iştirakçılarına sertifikatlar təqdim olunaraq xatirə şəkli çəkdirilib.