Yeni Klinikada Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” adlı həftəlik toplantı keçirilib.
Direktor Barat Yusubovun iştirakı ilə baş tutan toplantının moderatorluğunu həkim-endokrinoloq Səbinə Paşayeva və həkim-qastroenteroloq Röyalə Mehdizadə həyata keçiriblər.
Elmi hissədə həkim-rezidentlər Sahil Abdullayev və Çinarə Rüstəmova çıxış edərək, beynəlxalq elmi jurnallarda yenicə dərc olunmuş və geniş ictimaiyyətin asanlıqla çata bilmədiyi məqalələri iştirakçılarla bölüşüblər. Onların təqdimatında müasir tibbi yanaşmalar və praktik tövsiyələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə baş tutan toplantıda əsas məqsəd müxtəlif ixtisas sahibləri olan həkimlər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsini təşviq etmək, multidisiplinar yanaşmanın praktiki faydalarını önə çıxarmaqdır.