27 Fevral 2024 12:00

Xarici həkimlər Yeni Klinika ilə tanış olublar

Yeni Klinika - Xarici həkimlər Yeni Klinika ilə tanış olublar

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Azərbaycan Pediatriya Cəmiyyətinin və WSA4P (Pediatriyada Probiyotiklər, Prebiotiklər və Postbiotiklərin Dünya Elmi Assosiasiyası) cəmiyyətinin birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib.

Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin üzvü, Yeni Klinikanın Pediatriya şöbəsinin müdiri Əkbər Quliyevin moderatorluğu ilə baş tutan konfransda Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, Azərbaycan Pediatriya Cəmiyyətinin məsul katibi, uşaq kardioloqu Günel Qafarlı-Esdaile, müxtəlif ölkələrdən gələn 40 xarici qonaq və yerli həkimlər iştirak ediblər.

Mikrobioma və anadangəlmə ürək qüsurları, uşaqlarda meninqokok infeksiyası kimi mövzuların müzakirə olunduğu elmi konfransın sonunda xarici həkimlər Yeni Klinika ilə yaxından tanış olublar.

Digər xəbərlər