Bu gün “Yeni klinika” tibb müəssisəsində xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə ulu öndərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Yeni klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən elm, təhsil, səhiyyə və digər sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirdiyini qeyd edərək açılış nitqi ilə çıxış edib.
Cavid Paşayev Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Azərbaycan səhiyyə sisteminin inkişaf etdiyini bildirib.
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc nəslin nümayəndələrinin xaricdə təhsil alaraq vətənə qayıdıb, müxtəlif istiqamətlərdə, həmçinin tibb sahəsində fəaliyyətlərini davam etdirdiyini vurğulayan Cavid Paşayev ulu öndərin səhiyyə sahəsinə verdiyi töhfələri xüsusi qeyd edib.
Daha sonra klinikanın Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli çıxış edərək ulu öndərin həyat yolu və siyasi fəaliyyətindən danışıb. Tədbirin sonunda anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.