Yeni Klinikada Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti dəfə “Yeniliklərdən Geri Qalma” həftəlik toplantısı keçirilib.
Tibb müəssisəsinin Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə təşkil edilən “Məqalə saatı” həkim-infeksionist Mədinə Abdullayeva və həkim-terapevt Gülxar Süleymanovanın moderatorluğu ilə baş tutub.
İnteraktiv şəkildə baş tutan tədbirdə həkim-rezident Misri Qasımova “Sepsisin ağırlıq dərəcəsinin, klinik nəticələrin və infeksiya xüsusiyyətlərinin qiymətləndirilməsində prokalsitonin istifadəsi”, həkim-rezident Ülviyyə Poladlı isə “Paraneoplastik artritler” mövzularında çıxış ediblər.
Qeyd edək ki, təqdim edilən məqalələr ən yeni və hərkəsin asanlıqla əldə edə bilməyəcəyi mənbələrə istinad edilir. Multidisiplinar yanaşmaları inkişaf etdirmək məqsədi ilə təşkil olunan tədbirdə digər tibb müəssisələrindən olan həkim-mütəxəssislərin iştirakı sərbəstdir.