16 İyun 2023 12:00

Yeni Klinikada Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Yeni Klinika - Yeni Klinikada Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayev, mərkəzin tibb və qeyri-tibb heyəti iştirak edib.

Tibb işçilərini təbrik edən baş həkim Cavid Paşayev bu günün təsis edilməsinin Ümummilli liderin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyinin əsas göstərici olduğunu bildirib.

Pandemiya və 44 günlük müharibə dövründə həkimlərin göstərdiyi fədəkarlığın danılmaz bir fakt olduğunu ifadə edən baş həkim həmin dövrdə şəhid olan həkimlərə rəhmət diləyib.

Daha sonra direktorun müalicə işləri üzrə müavini vəzifəsini icra edən, Terapiya şöbəsinin müdiri Dr. Dilman Əhmədov, Həmkarlar İttifaqının sədri, endokrinoloq Dr. Səbinə Paşayeva, Urologiya şöbəsinin müdiri Dr. Emil Muxtarov, Kardiologiya şöbəsinin müdiri Dr. Şahanə Ələsgərli, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Dr. Nicat Nəcəfov çıxış edərək çətin, eyni zamanda şərəfli peşənin sahiblərini təbrik ediblər.

Sonda direktorun müalicə işləri üzrə müavini vəzifəsini icra edən Dr. Dilman Əhmədov və tibbi şöbələr Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təltif edilib. Tədbirin bədii hissəsində təqdim olunan pandemiya və 44 günlük müharibə dövrünün görünməz qəhrəmanlarını əks etdirən videoçarx ilə yanaşı musiqi ifaları səsləndirilib.

Video

Digər xəbərlər