27 Oktyabr 2022 12:00

Yeni Klinika - da fəaliyyət göstərən qazi, veteran və şəhid ailəsi üzvləri ilə görüş keçirilib

Yeni Klinika - Yeni Klinika - da fəaliyyət göstərən qazi, veteran və şəhid ailəsi üzvləri ilə görüş keçirilib

“Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev klinikada çalışan qazi və şəhid ailəsi üzvləri ilə görüşüb.

Tədbirdə son 3 ay ərzində tibb müəssisəsinə işə qəbul olunmuş 20-dək I və II Qarabağ Müharibəsinin qazi, veteran və şəhid ailələri, həmçinin klinika əməkdaşları iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən C.Paşayev ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət, sağlamlıqlarını qurban verən qazilərimizə can sağlığı diləyib.

“Yeni Klinika”tibb müəssisəsində çalışan qazi və şəhid ailəsi üzvlərinin istək və təkliflərini dinləyən Cavid Paşayev aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Sonda xatirə şəkli çəkdirilib.

Photos Gallery

Digər xəbərlər