Kardiologiya

Kardiologiya şöbəsi

Yeni Klinikanın Kardiologiya şöbəsi kardioloji stasionar və intensiv terapiya, angioqrafiya və kardioloji poliklinika bölmələrindən ibarətdir.

Hal-hazırda kardioloji poliklinika bölməsində kardioloji xəstələrin ambulator müayinəsi, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (EXO-KQ) və tredmil-test (stres test) müayinələri aparılır.

Müayinə və müalicə edilən xəstəliklər:

Şöbədə ürəyin işemik xəstəliklərinin müxtəlif formaları, ürək çatışmazlığı, ürəyin qapaq xəstəlikləri, ürək əzələsinin müxtəlif xəstəliklərinin (kardiomiopatiyalar), arterial hipertenziyanın diaqnostikası və müalicəsi aparılır.

Kardioloji stasionar bölməsində ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, müxtəlif kardiomiopatiyalar və s. kimi kardiovaskulyar sistem xəstəliklərinin stasionar müalicəsi aparılır.

Tibb müəssisəsində angioqrafiya şöbəsi fəaliyyət göstərir.

Orada koronar angioqrafiya, stent implantasiyası, daimi və müvəqqəti ürəkdaxili stimulyatorların implantasiyası, perikardın punksiyası kimi invaziv müdaxilələr icra edilir.

Bundan başqa şöbədə transezofageal exokardioqrafiya və holter monitorinq kimi müayinələrin aparılması planlaşdırılır.

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .