Təcili və Təxirəsalınmaz Tibbi Yardım

Hər cür təcili vəziyyətə müdaxilə edə biləcək tibbi heyət və təchizata sahib olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi 7 gün 24 saat boyunca xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir.

Təcili Tibbi Yardım şöbəsində monitorizasiya olunmuş müayinə otaqları, gips qoyulması üçün şərait yaradılmış travma otağı, tam təchizatlı resusitasiya otağı və məhkum otağı vardır. Eyni zamanda kiçik cərrahi prosedurların icrası üçün 2 əməliyyat otağı yer almaqdadır. Həmçinin şöbədə resusitasiya otağına yaxın ambulans girişi də mövcuddur.

Şöbəyə müraciət edən ambulator xəstələr ilkin müayinə otağına alınaraq həkim tərəfindən triaj (xəstələrin təcililik sırasına görə müayinə otaqlarına alınması) aparılır.

Müayinə otaqlarında ixtisaslı həkimlər tərəfindən xəstələrə ilkin müdaxilə, differensial diaqnostika və müalicə tətbiq olunur.

Stasionar müalicəyə ehtiyacı olan xəstələr isə müvafiq müayinələr aparıldıqdan və nəticələr qiymətləndirildikdən sonra müvafiq tibb şöbəsinə yönləndirilir.

Foto qalereya

Video

Təcili və Təxirəsalınmaz Tibbi Yardım
play