Neyrocərrahiyyə

Neyrocərrahiyyə şöbəsi

Neyrocərrahiyyə - beyin cərrahiyyəsi kimi tanınan, baş beyin , onurğa beyni , mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəliklərin qarşısının alınması , diaqnostikası , cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır. Neyrocərrahiyyə şöbəsində həm böyüklər, həm də 0-18 yaş arası pasiyentlərin planlı və təcili əməliyyatları müasir metod və mikroskopik yolla icra olunmaqdadır.

Neyrocərrahiyyə şöbəsində hal-hazırda aşağıdakı əməliyyatlar həyata keçirilir:

  • Mikroskopik olaraq baş və onurğa beyninin törəmələri,
  • Beynin damar mənşəli xəstəlikləri (kavernoma, A-V malfarmasiyaları);
  • İnfeksiyon xəstəliklər (abseslər, ampiyemlər);
  • Kiari malformasyası (beyincik sürüşməsi);
  • Travmatik kəskin subdural;
  • Epidural və beyin daxili hematomalar;
  • Hemorajik insultlar;
  • Dekompresif kraniektomi;
  • Qapalı spina bifida əməliyatları;
  • Spinal kanal darlığı əməliyatı;
  • Bel yırtığı və karpal tunel sindromu.

İcrası planlaşdırılan əməliyyatlar:

  • Üçlü sinir ağrısına görə mikrovaskular dekompressiya
  • Balon krompressiya;
  • Hemifassiyal spazmda mikrovaskular dekompressiya;
  • Hidrosefaliya əməliyyatları( şuntlama və endoskopik);
  • Epilepsiya cərrahiyyəsi;
  • Beyin damarlarının anevrizma əməliyyatı;
  • Boyun yırtığı əməliyyatları.

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .