Nevrologiya - tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir.
Bu sahə tibbin digər sahələri- neyrocərrahiyyə, oftalmologiya, otorinolarinqologiya, endokrinologiya, psixiatriya və s. bölmələrlə birbaşa əlaqəlidir.
Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevroloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir.
Diaqnozun təyin edilməsi məqsədi ilə aşağıda qeyd olunan müayinə metodları tətbiq edilir:
Nevroloji statusun dəyərləndirilməsi
Laborator müayinələr - qanın ümumi və biyokimyəvi analizləri, beyin onurğa beyni mayesinin alınması
İnstrumental müayinələr:
- Kompüter tomoqrafiya
- Maqnit rezonans tomoqrafiya
- Angioqrafiya(mr+kt anjio)
- Doppler ultrasonoqrafik müayinə
- Elektroensefaloqrafiya
- Elektromioqrafiya
Nevrologiya şöbəsində müalicə olunan xəstəliklər:
- Serebrovaskulyar xəstəliklər (tranzitor işemik həmlə, işemik və hemorragik insult, vertebrobazilyar çatışmazlıq və s.)
- Mərkəzi sinir sisteminin demielinizasiya xəstəlikləri
- Hərəkət pozğunluqları (Parkinson, distoniya, tik, essensial tremor, narahat ayaq sindromu, diskinezlər və s.)
- Degenerativ xəstəliklər (Alzheimer, Pik, Vilson, vaskulyar mənşəli demensiyalar)
- Periferik sinir sistemi xəstəlikləri (radikulopatiya, polineyropatiya, miopatiya və s.)
- Baş ağrıları
- Epilepsiya
- Başgicəllənmə
- Yuxu pozğunluqları