Endokrinologiya

Endokrinologiya tibb elminin çox mühüm sahələrindən biridir. Beləki orqanizmi idarə edən iki sistem vardır ki, bunlardan biri nevroloji sistem, digəri isə endokrin sistemdir.

 

Endokrin sistemi orqanizmin digər orqan və sistemlərilə üzvi bağlı olub orqanizmin üzvi funksional tamlığını -homeostazını təmin edir. Bu sistem sinir sistemi, qan və limfa ilə daha sıx əlaqədədir. Sinir sistemi ilə daha çox əlaqəli olduğundan (bəzi sinir hüceyrələri hormonlar ifraz edirlər) hazırda neyroendokrinologiya adlı xüsusi elm sahəsi inkişaf etməkdədir.

 

Endokrinologiya yunan sözü olub (endo - daxili, krino - sekresiya, loqos – təlim) daxili sekresiya vəzləri haqqında olan elmdir. İfrazatının açıldığı yerə görə vəzlər iki qrupa bölünürlər:

 

Ekzokrin vəzlər - bunların sekreti xaricə, yəni ağız boşluğuna, həzm sisteminə (mədəyə və bağırsaqlara) açılır;

Endokrin vəzlər - bunların ifrazatı (sekresiya məhsulu - sekreti) isə ancaq qana və limfaya açılır. Endokrin vəzlərin sekreti hormon adlanır.

 

Daxili sekresiyanı bəzən inkretor proses də adlandırırlar kı, bu da daxili sekresiya vəzlərinin hasil etdiyi sekret daha doğrusu inkret bir başa qana və ya limfaya daxil olur. Bu inkretləri hormon (hormon - qıcıqlandırıram, hərəkətə gətirirəm deməkdir) adlanırlar.

 

Hormonlar daxili sekresiya vəzlərinin ifrat dərəcədə spesifik sekreti (inkreti) olub bütün orqanizmə və ya onun ayrı-ayrı üzvlərinə təsir edir. Endokrin sistemi vəzlərinə hipofiz, hipotalamus, qalxanvari vəzi, qalxanvari ətraf vəzləri, timus, böyrəküstü vəzlər, mədəaltı vəzin Langerhans adacıq aparatı, cinsi vəzlər (qadınlarda yumurtalıqlar, kişilərdə xayalar) aiddirlər. Qadınlarda hamiləlik zamanı cift bir çox hormonlar hasil edərək ana ilə döl orqanizmləri arasında homeostazı saxlayır və hamiləliyin normal keçməsinə şarait yaradır.

 

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, hormon hasil edən endokrin hüceyrələri bədənin müxtəlif yerlərində də ola bilərlər. Buna misal olaraq həzm sistemində (xüsusən mədə-bağırsaq) ifraz olunan qastrointestinal hormonları (qastrin, xolesistokinin, pankreozimin və s.) göstərmək olar. Endokrin vəzlərdən kənarda yerləşən və hormon ifraz edən belə vəzlər sisteminə APUD-sistem deyirlər.

Şöbədə aşağıdakı xəstəliklərin müalicə və diaqnostikası aparılır:   

  • Qalxanvari vəz xəstəlikləri;
  • Şəkərli və şəkərsiz diabet;
  • Metabolik pozuntular;
  • Reproduktiv xəstəliklər;
  • Menopauza;
  • Osteoporoz;
  • Endokrin mənşəli hipertenziya;
  • Piy metabolizmi ilə bağlı xəstəliklər;
  • Sonsuzluq;
  • Cırtdanboyluluq və boyun həddindən artıq olması;
  • Sekresiya vəzlərinin şişləri;
  • Artıq çəki və piylənmə;

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .