QBB, baş və boyun cərrahiyyəsi

Otorinolarinqologiya (LOR) - tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq, allergiya kimi xəstəliklərin müalicəsi ilə məşğul olan bir sahəsidir.

Daimi baş ağrıları, çənəaltı limfa düyünlərinin böyüməsi, boğaz və qulaqda ağrı, eşitmənin həmçinin iybilmənin pozulması, burun tənəffüsünün çətinləşməsi, burun və ya qulaqdan ifrazatın axması LOR-orqanların patologiyalarından xəbər verir.

Şöbədə eyni zamanda baş dönmələri səbəblərinin diaqnoz və müalicəsi ilə məşğul olunur.

Otorinolarinqologiya şöbəsində icra olunan və icra olunması planlaşdırılan müayinə və müalicələr:

  • Burun boşluğunun rinoskopiyasi - Hal hazırda bu burun güzgüsü vasitəsilə həyata keçirilir. Gələcəkdə isə endoskop vasitisilə burun boşluğunun müayinəsi həyata keçiriləcək. Endoskop vasitəsilə həyata keçirilən müayinə zamani ön və arxa rinoskopiya icra olunur. Müayinə zamani yuxarı tənəffüs yollarının xəstəliklərinin erkən diaqnostika və müalicəsi həyata keçirilir.
  • Ağız boşluğunun və qırtlağın,udlağın müayinəsi - Hal hazırda müayinə alın işığı və şpatel vasiəsilə yerinə yetirilir. Gələcəkdə 70° endoskop vasitəsilə həyata
    keçirilməsi planlaşdırılır. Bu zaman ağız boşluğunun və qırtlağın, udlağın xəstəliklərinin ilkin diaqnozu, səs tellərinin xoş və bəd xassəli törəmələrinin görüntülənməsi lazım gəldikdə biopsiya götürülməsi planlanılır.
  • Xarici qulaq kanalının otoskopiyası - Hal hazırda müayinə otoskop vasitəsilə həyata keçirilir. Gələcəkdə isə 0° endoskop vasitəsilə otoskopiya planlaşdırılır.
    Müayinə zamanı xarici qulaq kanalı, təbil pərdəsi müayinə olunur.

Otorinolarinqologiya şöbəsində müalicə olunan və izlənilən xəstəliklər:


Burun boşluğu xəstəlikləri:

  • Allergik rinit;
  • Vazomator rinit;
  • Sinusitlər;
  • Burun axması, qaşınma;
  • Burun qanaması;
  • Xoruldama;
  • Burundan yad cisim çıxarılması.

Qulaq xəstəlikləri:

  • Qulaq ağrısı;
  • Qulaqda uğultu;
  • Eşitmə itkisi;
  • Qulaqda ifrazatın axması;
  • Qulaqdan yad cisim çıxarılması;
  • Vestibulyar pozuntular, baş dönməsi;
  • Vertigo.

Udlaq- qırtlaq xəstəlikləri:

  • Boğaz ağrısı;
  • Tonzillit;
  • Faringit;
  • Səsdə tutulma;
  • Çənə ağrısı;
  • Öskürək;
  • Səs teli düyünləri, polipləri, kistaları;
  • Laringomalyasiya;
  • Səs teli iflici.

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .