Qastroenterologiya

Qastroenterologiya şöbəsi

Qastroenterologiya - həzm sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibb sahəsidir. Bölümümüzdə qida borusu, mədə, 12 barmaq bağırsaq, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin diaqnostikası və müalicəsi aparılır. Eyni zamanda onkoloji xəstəliklərin erkən diaqnostikası və erkən aşkar olunmuş bəzi törəmələrin endoskopik üsulla erkən müalicəsi, eyni zamanda xroniki xəstəliklərin izlənməsi həyata keçirilir. 

Qastroenterologiya şöbəsində icra olunan instrumental müayinə və müalicələr:

  • Üst QİS endoskopiya, digər adıyla fibroezofaqoqastroduodenoskopiya: ucunda işıq və kamera olan, incə büküləbilən endoskop adlanan cihaz vasitəsiylə aparılır. Qida borusu, mədə və 12 barmaq bağırsaq xəstəliklərinin müayinəsi, xora və bəd xassəli törəmələrin görüntülənməsi, lazım gəldikdə biopsiya götürülməsi, qanaxma olarsa (xora qanaxması, genişlənmiş damar qanaxması və s.) qanaxmanın durdurulması həyata keçirilir.
  • Alt QİS endoskopiya, zamanı  rektoskopiya, siqmoidoskopiya və total kolonoskopiya kimi proseduralar icra edilir. Prosedura ucunda işıq və kamera olan büküləbilən kolonoskop vasitəsiylə icra olunur. Bu zaman düz bağırsaq, yoğun bağırsaqlar və nazik bağırsağın son terminal ileum adlanan hissəsi müayinə olunur. Nazik və yoğun bağırsaqda xora, bədxassəli törəmələrin diaqnostikası, erkən aşkarlanmış polip və polip bənzəri törəmələrin erkən müalicəsi, qanaxmaların durdurulması icra olunur.
  • Endoskopik Retroqrad Xolangiopankreatoqrafiya (ERCP)  öd yolları xəstəliklərinin müalicəsi və diaqnostikası, öd yolu daşı çıxarılması, öd yoları darlıqlarının dilatasiyası, öd yollarına stent yerləşdirilməsi, xroniki pankreatitdə pankreas kanal darlıqlarının müalicəsi icra olunur. 
  • Perkutan endoskopik qastrostomiya (PEQ) qidalana bilməyən xəstələrin mədəsinə qarın divarından keçirilib boru yerləşdirilir və xəstənin qidalanması bərpa olunur.
  • Şöbədə gələcək zamanlarda enteroskopiya (nazik bağırsaqların incələnməsi), kapsul endoskopiya, endoskopik ultrasəs müayinəsi, darlıqların müalicəsi (balon və buji dilatasiya, stent yerləşdirilməsi), endoskopik mukozal rezekasiya (EMR), endoskopik submukozal disseksiya (ESD), axalaziya müalicəsində peroral endoskopik miotomiya (POEM), qastroezofageal reflüks müalicəsində antireflüks mukozektomiya (ARM) kimi müayinə və müalicələrin icrası planlaşdırılır.

Qastroenterologiya şöbəsində müalicə olunan və izlənən xəstəliklər:

  • Qida borusu xəstəlikləri
    • Ezofagitlər (İnfeksion, Eozinofilik)
    • Qastroezofageal reflüks
    • Barret özofaqusu
    • Axalaziya və s.
  • Mədə xəstəlikləri
    • Qastritlər
    • Mədə xorası
    • Qastroparez və s.
  • 12 barmaq bağırsaq xəstəlikləri
    • Duodenitlər
    • 12 barmaq bağırsaq xorası
    • Seliakiya xəstəliyi və s.
  • Nazik bağırsaq xəstəlikləri
    • Kron xəstəliyi
    • Whipple xəstəliyi
    • Malabsorbsiya sindromları və s
  • Yoğun bağırsaq xəstəlikləri
    • Xoralı kolit
    • Kollagenoz kolit
    • Yoğun bağırsaq polipləri
    • Yoğun bağırsaq divertikulu
  • Qaraciyər xəstəlikləri
    • Viral hepatitlər
    • Autoimmun hepatitlər
    • Hepatosteatoz (Qaraciyər piylənməsi)
    • Wilson xəstəliyi
    • Hemoxromatoz
    • Qaraciyər sirrozu və ona bağlı ağırlaşmalar
  • Pankreas (mədəaltı vəzi) xəstəlikləri
    • Pankreatitlər (Kəskin, xronik)
    • Pankreas kistləri

Foto qalereya

Video

Qastroenterologiya
play