Hematologiya

Hematologiya qanın formalı elementləri və qanyaradıcı orqanları (sümük iliyi, limfa düyünləri, dalaq) öyrənən elmdir.

Anemiyalar, qanaxma və laxtalanma pozğunluqları, dalaq və limfa düyünlərinin xəstəlikləri, leykemiyalar, sümük iliyinin çatışmazlığı və ya normadan az işləməsi ilə müşahidə olunan xəstəliklər hematologiya adı altında birləşir.

Hematoloji xəstəliklər aşağıdakı qruplara bölünür:

  • Anemiyalar: Dəmir defisiti anemiyası, B12 defisiti, hemolitik anemiyalar, irsi eritrosit xəstəlikləri (talassemiyalar, oraqvari hüceyrə anemiyası və s.) xroniki xəstəlik anemiyası.
  • Qanaxma pozğunluqları: İmmun trombotik trombositopeniya, irsi trombosit xəstəlikləri (Bernard-Soulier sindromu, Glazman trombositopeniyası və s.) Von Willebrand xəstəliyi, hemofiliyalar.
  • Laxtalanma pozğunluqları: Təkrarlayan damar tıxanmaları, irsi laxtalanma pozğunluqları (V faktor Leiden mutasiyalari və s.), diffuz damardaxili laxtalanma sindromu (DDL), trombotik trombositopenik purpura (TTP), hemolitik-uremik sindrom (HUS), antifosfolipid sindromu (AFS), tromboz.
  • Sümük iliyi çatışmazlığı: Aplastik anemiya, Mielodisplastik sindrom (MDS), sümük iliyinə təsir edən depo xəstəlikləri və ya bədxassəli xəstəliklərin metastazları.
  • Mieloproliferativ xəstəliklər: Xroniki mieloleykoz, polisitemiya vera, esensial trombositemiya, primer mielofibroz, xroniki mielomonositar leykoz, xroniki eozinofiliya.
  • Limfomalar: Hoçkin limfoması, Qeyri-hoçkin limfama və digər limfomalar
  • Leykemiyalar: Kəskin leykemiyalar (kəskin mielolblast leykemiya, kəskin limfoblast leykemiya), xroniki leykemiyalar (xroniki mieloleykoz, xroniki limfoleykoz, tüklü hüceyrəli leykrmiyalar).
  • Plazma hüceyrə xəstəlikləri: Monoklonal qammopatiya, plazmasitoma, multipl mielom, Waldenstrom makroqlobulinemiyası.

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .