Polinklinik xidmət göstərən pediatriya şöbəsində 0-18 yaş arası uşaqların müalicə və profilaktikası üzrə Azərbaycanda və xarici ölkələrdə ixtisaslaşmış mütəxəssis həkimlər tərəfindən müasir protokollara əsasən tibbi xidmətlər göstərilir.
Uşaqlardan qan analizi alınması üçün poliklinikada ayrıca bir qanalma otağı və bu iş üçün yetişdirilmiş tibb bacıları da fəaliyyət göstərir.
Müalicə olunan xəstəliklər:
- Sağlam uşaq izləmi, böyümə və inkişaf dəyərləndirilməsi
- Doğru əmizdirmə qaydaları, doğru qidalanma
- Peyvəndlərin düzənlənməsi
- Anemiyalar (dəmir çatışmazlığı, vitamin B12, fol turşusu, defisitli anemiya, hemolitik anemiya)
- D vitamini çatışmazlığı, raxitizm
- Mədə-bağırsaq sistemi xəstəlikləri (dispepsiya, qastrit, qastroenterit, ezofageal reflyuks, qəbizlik, seliakiya)
- Non-İgE tipli qida allergiyaları
- Yuxarı tənəffüs yollarının infeksiyon xəstəlikləri (rinit, sinuzit, otit)
- Aşağı tənəffüs yolu xəstəlikləri (pnevmaniya, infeksiyoz bronxit, kistik fibroz)
- Allergik xəstəliklər (allergik rinit, allergik bronxit, allergik astma, atopik dermatit, övrə)
- Endokrin xəstəliklər (tiroid xəstəlikləri, şəkərli diabet, obezite )
- Sidik yolu infeksiyaları (sistit, piyelonefrit, hematuriyalar)
- Naməlum mənşəli qızdırmalar
- Təkrarlayan qızdırma sindromları (Pfappa, Fmf, Traps)
- Uşaqlıq çağı səpkili xəstəliklər
- Parazitar xəstəliklər
Şöbədə həmçinin anaların körpələrini rahat əmizdirməsi və baxımlarını etməsi üçün xüsusi otaq ayrılıb.
Yaxın zamanda neonatologiya, uşaq təcili yardım, uşaq intensiv yardım və stasionar xidmətlərin fəaliyyəti planlaşdırılır.