Dr. Emil Muxtarov

MD, PhD, Tibb elmləri namizədi, Urologiya şöbəsinin müdiri

Təhsili:

  • 1990 – 1996 - Azərbaycan Tibb Universiteti: Ümumi tibb təhsili - Fərqlənmə diplomu ilə bitirib;
  • 1996 – 2001 - Azərbaycan Tibb Universiteti: Aspirantura və kliniki ordinatura
  • 2002 – 2008 - EGE Universiteti, İzmir/Türkiyə - MD, PhD, Urologiya üzrə uzmanlıq
  • 2003 - Tibb elmləri namizədlik (fəlsəfə üzrə doktorluq) dissertasiyasını müvəffəqiyyətləmüdafiə edib
  • 2010 - Strasburq Universiteti, Strasburq/Fransa: Laparoskopik uroloji cərrah
  • 2011 – “Bakırköy Eğitim Araştırma Hastanesi”, İstanbul/ Türkiyə: Robotik cərrahiyyə üzrə kurs

Mükafat:

  • 2011 – Azərbaycan: "İlin uroloqu"

İcra etdiyi əməliyyatlar:

  • Nefrektomiya - böyrəyin çıxarılması (açıq və laparoskopik - qapalı)
  • Parsial nefrektomiya (böyrəyin hissəvi rezeksiyası)
  • Pieloplastika - böyrək ləyəni daralmasının ləğvi (açıq və qapalı)
  • Pielolitotomiya - böyrək ləyəni daşının çıxarılması (açıq və qapalı)
  • Perkutan nefrolitotriosiya – PNL (qapalı böyrək daşı çərrahiyyəsi)
  • Böyrək kistası rezeksiyası (açıq və qapalı)
  • Sidik axarı daşı əməliyyatları (açıq və qapalı)
  • Sidik kisəsinin daş və ya törəməyə görə açıq və qapalı (TUR) əməliyyatları
  • Radikal sistektomiya (sidik kisəsinin tamının çıxarılması) və yeni sidik yollarının yaradılması
  • Prostat vəzinin açıq və qapalı (TUR) əməliyyatları
  • Radikal prostatektomiya (prostat şişinə görə prostat vəzinin tamının çıxarılması)
  • Sidik kanalının açıq və qapalı (endoskopik) əməliyyatları
  • Varikoselektomiya (genişlənmiş xaya damarlarının ləğvi)
  • Xaya və xayalıq əməliyyatları
  • Cinsi alət (penis) üzərində və digər androloji əməliyyatlar
  • Qadınlarda sidik qaçırmasına görə asqı (TVT) əməliyyatı
  • Qadınlarda sidik kisəsi sallanması (sistosel) təmiri
  • Qadınlarda sidik kanalı ağzının polipinin (karunkul) kəsilməsi

 

Daha çox