2020-2024 - Azərbaycan Tibb Universiteti: Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə bakalavr təhsili (Fərqlənmə diplomu);
2024-2026 - Azərbaycan Tibb Universiteti: Menecment ixtisası üzrə magistratura təhsili (davam edir).
Magistr dissertasiyası:
Dərman fizioterapiyasının menecmentində istifadə olunan dərman vasitələrinin kontent (məzmun) - analizinin aparılması.
Təcrübə:
2022 - Kəpəz Hospital: Təcrübəçi;
2023 - Stimul Hospital: Təcrübəçi;
2024 - Koreya Şərq Təbabəti Klinikası: Fizioterapevt-reabilitoloq;
2024 - Yeni Klinika: Fizioterapevt-reabilitoloq.
Müalicə etdiyi xəstəliklər:
Nevroloji xəstəliklər - İnsult, kəllə və onurğa beyin travmaları, baş və onurğa beyin şişləri əməliyyatı sonrası reabilitasiya, fəqərə arası disk yırtıqları, protruziyalar, karpal və kubital sinir sindromları, mielit, osteoxondroz, nevrozlar, dağınıq skleroz, neyropatiyalar, pleksopatiyalar, fibromialgiya, nevralgiya, nevritlər, parkinson, ifliclər və s.
Ortopedik xəstəliklər - Onurğa əyrilikləri (skolioz, kifoz və lordoz), sınıq və çıxıqlar sonrası reabilitasiya, artroz, artrit, menisk yırtığı, bağ zədələnmələri, daban mahmızı, donmuş çiyin sindromu, diz və bud-çanaq oynaqların protezləşməsi sonrası reabilitasiya və s.
Uroloji xəstəliklər - müxtəlif mənşəli sidikqaçırmalar (nikturiya, gecə enurezləri və s.)
Androloji xəstəliklər - Prostatit, peyroni, erektil disfunksiya (cinsi zəiflik), vezikulit və s.
Kardioloji və pulmonoloji xəstəliklər - Müxtəlif ürək və ağciyər xəstəlikləri sonrası ağırlaşmalar zamanı reabilitasiya.
İştirak etdiyi tədbirlər:
"Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi" simpoziumu
"Tənəffüs yollarının təmizlənməsi üsulları" kursu
"Avropa Cüdo Birliyinin tibbi seminarı"
"Beynəlxalq idman təbabəti və reabilitasiya" konfransı