Təhsili:
- 2017-2021 - Manisa Celal Bayar Universiteti, Səhiyyə Elmləri Fakültəsi (fərqlənmə diplomu, birincilik);
- 2021-2024 - Dokuz Eylül Universiteti Nevroloji Fizioterapiya və Reabilitasiya üzrə uzmanlıq təhsili;
- 2024 - Dokuz Eylül Universiteti Fiziki Terapiya və Reabilitasiya üzrə doktorantura təhsili (davam edir).
Uzmanlıq dissertasiyası:
- "Yuvenil Mioklonik Epilepsiya xəstələri ilə sağlam həmyaşıdlarının fiziki aktivlik səviyyəsi, əzələ gücü, yeriş parametrləri və balans performansının müqayisəli qarşılaşdırılması".
Təcrübə:
- 2022-2023 - İzmir Nefes Fizioterapiya Mərkəzi: Fizioterapevt-reabilitoloq;
- 2024 - Yeni Klinika: Fizioterapevt-reabilitoloq.
Müalicə etdiyi xəstəliklər:
- İnsult;
- Dağınıq skleroz;
- Parkinson;
- Kəllə-beyin və onurğa yaralanmaları;
- Miyopatiyalar;
- Neyropatiyalar;
- Serebral iflic;
- Spina bifida və Əzələ distrofiyaları kimi pediatrik və nevroloji xəstəliklərin fizioterapiya və reabilitasiyası.
Xarici ölkələrdə çoxsaylı konfranslarda məruzəçi və iştirakçı olan uzman fizioterapevt-reabilitoloq 9 elmi məruzə, 1 kitab fəsli, 1 dissertasiya və 2 elmi məqalənin müəllifidir.