Urologiya

Urologiya şöbəsi

Urologiya - kişi və qadınlarda sidik tənasül sistemi orqanlarını, kişilərin reproduktiv orqanlarını əhatə edən və bu sistemlərin xəstəliklərinin diaqnostikası, konservativ və cərrahi müalicəsi ilə məşğul olan cərrahiyyə sahəsidir.

Şöbədə həyata keçirilən bütün prosedurlar mütəxəssis həkimlər, təcrübəli köməkçi tibb işçiləri və müasir tibbi avadanlıqlarla avropa protokollarına uyğun olaraq həyata keçirilir. Uroloji şöbədə sidik-cinsiyyət orqanı xəstəliklərinin müalicəsi endoskopik, açıq və laparoskopik cərrahiyyə üsulları ilə həyata keçirilir.

Azərbaycan, Almaniya, Türkiyədən məzun olan və Almaniya, Türkiyə, Səudi Ərəbistan Krallığında çalışan həkimlərdən ibarət komanda aşağıdakı əməliyyatları icra edir:

  • Təxirəsalınmaz uroloji müdaxilələr;
  • Böyrək, sidik axarı, sidik kisəsi daşlarının açıq və endoskopik əməliyyatları, ureterolitotripsiya (sidik axarı daşlarının endoskopik holmium lazer cərrahiyyəsi), perkutan nefrolitotripsiya (PNL - böyrək daşlarının endoskopik cərrahiyyəsi), açıq ureterolitotomiya (böyük sidik axarı daşlarında açıq əməliyyat), anatrofik nefrolitotomiya (mərcanvari və kompleks böyrək daşlarında açıq əməliyyat), piyelolitotomiya (açıq böyrək daşı əməliyyatı);
  • Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi, qadınlarda sidik qaçırma əməliyyatı;
  • Uşaqlarda az invaziv və açıq uroloji əməliyyatların (uşaq cərrahiyyəsi şöbəsində icra olunması mümkün olmadıqda);
  • Laparoskopik cərrahiyyə: Laparoskopik nefrektomiya (böyrəyin laparoskopik çıxarılması), laparoskopik piyeloplastika (böyrəyin ləyən-sidik axarı seqmentinin darlıqlarında rekonstruktiv əməliyyatı), laparoskopik pielolitotomiya (böyrək ləyəni daşının laparoskopik çıxarılması), laparoskopik ureterolitotomiya (sidik axarı daşlarının laparoskopik yolla çıxarılması);
  • Az invaziv – endoskopik üsullarla prostatın transuretal rezeksiyası (TUR-P - prostat adenomasının endoskopik cərrahiyyəsi) və açıq prostat əməliyyatı (böyük həcmli prostatlarda >100 gr);
  • Sidik tənasül orqanlarının törəmələri: açıq radikal nefrektomiya, radikal prostatektomiya, radikal sistektomiya;
  • Radikal orxioektomiya,
  • Parsial nefrektomiya (hissəvi böyrək rezeksiyası),
  • Androloji əməliyyatlar: erektil disfunksiya və penis əyriliyi cərrahiyyəsi, sonsuzluğun ən müasir metodlarla cərrahi və konservativ müalicəsi, mikroskopik varikoselektomiya;
  • Penisin kosmetik və estetik əməliyyatları – penisin uzadılması, eninə genişləndirilməsi, əyriliyin düzəldilməsi;
  • Penis protezlərinin yerləşdirmə əməliyyatı – orqanik impotensiyanın cərrahi müalicəsi, peyroni xəstəliyində penisin toxuma autotransplantasiyası ilə rekonstruksiyası;
  • Sidik kanalı darlıqları zamanı endoskopik internal uretrotomiya (EİU - sidik kanalı darlıqlarının endoskopik cərrahiyyəsi);
  • Sidik kisəsi törəmələrində transuretral rezeksiya (TUR);
  • Nefrektomiya (açıq metodla böyrəyin çıxarılması);
  • Qreftli və ya qreftsiz uretroplastika (sidik kanalı darlıqlarında plastik əməliyyat).

Foto qalereya

Video

Urologiya
play