Travmatologiya və otropediya-dayaq hərəkət aparatı patologiyalarının diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibb sahəsidir. Şöbəmizdə yuxarı və aşağı ətrafların, onurğanın, döş qəfəsinin və çanağın sümük əzələ sisteminin diaqnostikası və müalicəsi, ən son texnika və texnologiyalar istifadə olunmaqla aparılır.
Yanaşı olaraq şöbədə sınıq və çıxıqların qapalı reduksiyası, immobilizasiyası, oynaq, əzələ və bağ sisteminə steroid və digər terapevtik maddələrin yeridilməsi və s. tipli manipulyasiyalar icra olunur.
Yüksək ixtisaslı həkim və tibb personalı ən mürəkkəb ortopedik patologiyalarda dünya standartlarına uyğun tibbi xidmət göstərməkdədir.