Torakal cərrahiyyə

Sinə (torakal) cərrahiyyə

Toraks boşluğunda olan ürək və böyük ana damarlar xaricində digər orqan və bölgələrə (toraks divarı, qabırğalar, ağciyərlər, ağciyər zarları, divararalığı sahə, diafraqma, qida borusu) aid xəstəliklərin travmaları və cərrahi müalicəsini icra edən şöbədir.

Şöbədə icra edilən əməliyyatlar:

  • Ağciyərin anadangəlmə xəstəlikləri (sekvestrlər, bronxogen kistlər və s.);
  • Ağciyər xərçəngi;
  • Ağciyərin bül səbəbindən pnevmotoraksı;
  • Ağciyərin travma səbəbindən pnevmotoraksı;
  • Ağciyər həcminin azaldılması əməliyyatı (Amfizem cərrahiyəsi - Lung Volume Reduction Surgery);
  • Ağciyər zarları xərçənginin cərrahiyəsi (Mezotelyoma);
  • Toraks boşluğunda maye yığılması;
  • Ağciyər infeksiyalarının cərrahiyəsi (bronxoektaziya xəstəliyi, göbələk xəstəliyi, vərəm xəstəliyi);
  • Ağciyərin kist xəstəliyi (hidatik kist və s.);
  • Ağciyərin sistemik xəstəliklərinin cərrahiyəsi (sarkoidoz və s.);
  • Ağciyər metaztazları cərrahiyəsi (böyrək, bağırsaq, beyin, qaraciyər  xərçəngi və s);
  • Ağciyər qanaxmaları (hemoptiziya);
  • Ağciyərin travmaya bağlı cərrahiyəsi;
  • Qida borusu xərçənginin əməliyyatları;
  • Qida borusunda travmaya bağlı əməliyyatlar;
  • Divararalığı xərçənginin əməliyyatları;
  • Timus cərrahiyəsi;
  • Miasteniya qravis səbəbi ilə timus cərrahiyyəsi;
  • Divaralığı kistlərinin əməliyyatları;
  • Traxeostomiya sonrası nəfəs borusunun bərpası;
  • Nəfəs borusunun daralması əməliyyatı;
  • Nəfəs borusu xərçənginin əməliyyatı;
  • Pektus əməliyyatları;
  • Toraks divarı şişləri;
  • Diafraqma cərrahiyyəsi;
  • Əl tərləməsi cərrahiyyəsi;

Qeyd edək ki, bütün əməliyyatlar açıq ve qapalı şəkildə icra edilir.

 

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .