Yeni Klinikada müasir standartlara uyğun 27 çarpayılı reanimasiya şöbəsi fəaliyyət göstərir.
Hər çarpayının yanında süni tənəffüs aparatı ilə vital parametrlərin monitorizasiyasına imkan verən monitorlar yerləşdirilib. Həmçinin hemodializ sistemi kəskin meydana gələn böyrək çatışmazlıqları üçün 24 saat istifadəyə hazır vəziyyətdədir.
Reanimasiyada müalicə alan xəstələrə öz yatağında laboratoriya analizləri və insturmental müayinələr (EXO, EKQ, Rentgenoqrafiya ) etmək mümkündür.
Reanimasiyada hər hansı səbəbdən həyatı əhəmiyyətli funksiyaları pozulmuş kritik xəstələrin müayinə və müalicəsi aparılır.