Radiologiya

Radiologiya şöbəsi

Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı Rəqəmsal Rentgen, Mammoqrafiya, Ultrasonoqrafiya (USM), Kompüter Tomoqrafiya (KT), Maqnit Rezonans Tomoqrafiya (MRT) və Angioqrafiya (DSA) cihazları ilə təchiz olunmuşdur.

Bu cihazlar vasitəsi ilə şöbədə geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.

Xidmətlər

Maqnit Rezonans Tomoqrafiya (MRT) “Toshiba Vantage Galan” 3 Tesla, “Toshiba Vantage Titan” 1.5 Tesla gücündədir.

Cihazlar bütün MR koillərinə malikdir və bunların yardımı ilə bədənin istənilən hissəsinin keyfiyyətli görüntüsünü əldə etmək mümkündür.

Kompüter Tomoqrafiya (KT) cihazları “Toshiba Aqullion Prime ” 640 kəsikli, “Toshiba Aqullion One ” 160 kəsikli olub, 5-10 saniyə ərzində incə kəsiklərlə görüntü əldə edilməsi və lazım gələrsə kontrastlı incələmə sayəsində həkimin qısa zaman ərzində pasiyentin sağlamlığı barədə ətraflı informasiya eldə etməsinə kömək edir. Xüsusilə patologiyaların dəyərləndirilməsində üç-fazalı KT görüntüləri son dərəcə vacib məlumatlar verə bilir.

Şöbədə mövcud olan “Toshiba” markalı rentgenoskopiya və mamoqrafiya cihazları rəqəmsal xüsusiyyətlidir. Rentgen müayinələri həyata keçirilən zaman radiolojik görüntü və informasiya sistemdə saxlanılır.

USM cihazlar “Philips Affiniti 50 və Affiniti 70” markalı olub, bunların vasitəsilə Ultrasəs və Doppler müayinələr həyata keçirilir.

“Toshiba” İnfinix Angioqrafiya (DSA) cihazı biplane özəlliyində olub anjjioqrafik müayinə və müdaxilələr üçün hazır vəziyyətdədir.

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .