Ümumi cərrahiyyə

Ümumi Cərrahiyyə şöbəsi

Ümumi cərrahiyyə şöbəsində həm planlı, həm də təcili cərrahi əməliyyatlar həyata keçirilir. Bütün əməliyyatlar avropa protokollarına uyğun, müasir yöntəmlərlə icra olunur. Klinikada yaradılan müasir şərait bütün pasiyentlərə multidissiplinar yanaşmağa, mürəkkəb əməliyyatları uğurla icra etməyə imkan verir.

İcra olunan əməliyyatlar:

  • Qalxanabənzər vəzin xaric edilməsi;
  • Böyrəküstü vəzin xaric edilməsi (açıq və laparoskopik);
  • Reflyuks cərrahiyyəsi (laparoskopik fundoplikasiya);
  • Mədə xorasının cərrahi müalicəsi (açıq ve laparoskopik);
  • Mədənin xoş və bəd xassəli törəmələrinin cərrahi müalicəsi (açıq və laparoskopik);
  • Öd daşı xəstəliyinin cərrahi müalicəsi (laparoskopik xolesistektomiya);
  • Qaraciyərin parazitar xəstəliklərinin (exinokok) cərrahi müalicəsi;
  • Mədəaltı vəzin xoş və bəd xassəli törəmələrinin cərrahi müalicəsi;
  • Yoğun və düz bağırsağın xoş və bəd xassəli törəmələrinin cərrahi müalicəsi (açıq və laparoskopik);
  • Proktoloji xəstəliklərin (babasil,çat,fistul) cərrahi müalicəsi;
  • İltihabi bağırsaq xəstəliklərinin (kron, xoralı kolit) cərrahi müalicəsi;
  • Qarın divarı yırtıqlarının cərrahi müalicəsi (açıq və laparoskopik).

Foto qalereya

Video

Ümumi cərrahiyyə
play