Anesteziologiya

Anesteziologiya şöbəsi

Anesteziologiya şöbəsi elm və texnologiyanın ən son uğurlarını özündə cəmləşdirən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və yüksək elmi bacarıqlara sahib olan peşəkar bir komandaya malikdir.

Anesteziologiya şöbəsinin komandası ürək cərrahiyyəsi, beyin cərrahiyyəsi, ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, doğuş, ortopedik cərrahiyyə, urologiya , döş qəfəsi cərrahiyyəsi, damar cərrahiyyəsi, qulaq-burun-boğaz və oftalmologiya kimi bütün bölmələrdə lazımi anesteziya prosedurlarını dünya standartlarına uyğun həyata keçirir.

Anesteziya üsulları

  • Ümumi anesteziya
  • Regional anesteziya üsulları (epidural anesteziya, spinal anesteziya, kaudal anesteziya)
  • Kombinə olunmuş spinal epidural anesteziya
  • Periferik sinir blokları

21 otaqdan ibarət əməliyyatxanaların müasir texnoloji infrastruktur ilə təmin edilməsi pasiyentlərə tam və keyfiyyətli anestezioloji xidmət göstərilməsinə imkan yaradır. Anesteziya komandası həm təcrübə, həm də texniki avadanlıq cəhətdən 0-100 yaş arası fərqli çəkidə olan pasient qruplarına xidmət göstərə bilir.

Pasiyentlərə ümumi anesteziyadan başqa regional anesteziya (spinal blok, epidural blok, kombinə spino-epidural blok) və periferik sinir blokları da (əl-qol-ayaq əməliyyatlarında yalnız əməliyyat nahiyyənin keyləşdirilməsi ) asanlıqla tətbiq olunur.

Bundan əlavə pasiyentlərə endoskopiya, stomotologiya, MRT, KT və digər kiçik günü birlik prosedurlar üçün sedasiya xidmətləri göstərilir.

Foto qalereya

Məlumat tapılmadı .

Video

Məlumat tapılmadı .