Yeni Klinika - Ravil Tağıyev

Ravil Tağıyev

Direktor müavini

Direktorun iqtisadi işlər üzrə müavini

Doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlı olan Ravil Tağıyev 1997-2001-ci illərdə Türkiyənin Konya şəhəri, Səlcuk Universitetində menecment üzrə bakalavr təhsili alıb. Daha sonra 2001-2005-ci illərdə Ankara Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistratura dərəcəsini əldə edib. 

2005-ci ildən Ankara Qazi Universitetinin (Ankara Hacı Bayram Veli Universiteti) doktorantı olan Ravil Tağıyev əmək fəaliyyətinə 2008-ci ildə Ankarada, Universitet xəstəxanasında başlayıb. 2011-ci ildə o, Azərbaycana qayıdaraq 2024-cü ilin fevral ayına qədər Modern Hospitalda icraçı direktor olaraq fəaliyyət göstərib.

Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.

Azərbaycanda və xaricdə bir çox məqalələri yayımlanan direktor müavini eyni zamanda 4 dissertasiya işinin rəhbəridir.