Neyrocərrahiyyə şöbəsi
Neyrocərrahiyyə - beyin cərrahiyyəsi kimi tanınan, baş beyin , onurğa beyni , mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəliklərin qarşısının alınması , diaqnostikası , cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır. Neyrocərrahiyyə şöbəsində həm böyüklər, həm də 0-18 yaş arası pasiyentlərin planlı və təcili əməliyyatları müasir metod və mikroskopik yolla icra olunmaqdadır.
Neyrocərrahiyyə şöbəsində hal-hazırda aşağıdakı əməliyyatlar həyata keçirilir:
- Mikroskopik olaraq baş və onurğa beyninin törəmələri,
- Beynin damar mənşəli xəstəlikləri (kavernoma, A-V malfarmasiyaları);
- İnfeksiyon xəstəliklər (abseslər, ampiyemlər);
- Kiari malformasyası (beyincik sürüşməsi);
- Travmatik kəskin subdural;
- Epidural və beyin daxili hematomalar;
- Hemorajik insultlar;
- Dekompresif kraniektomi;
- Qapalı spina bifida əməliyatları;
- Spinal kanal darlığı əməliyatı;
- Bel yırtığı və karpal tunel sindromu.
İcrası planlaşdırılan əməliyyatlar:
- Üçlü sinir ağrısına görə mikrovaskular dekompressiya
- Balon krompressiya;
- Hemifassiyal spazmda mikrovaskular dekompressiya;
- Hidrosefaliya əməliyyatları( şuntlama və endoskopik);
- Epilepsiya cərrahiyyəsi;
- Beyin damarlarının anevrizma əməliyyatı;
- Boyun yırtığı əməliyyatları.