23 Noyabr 2023 12:00

YENİ KLİNİKA PHŞ ELEKTRON AÇIQ TENDERƏ DƏVƏT EDİR

Yeni Klinika - YENİ KLİNİKA PHŞ ELEKTRON AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender prosedurunun adı: “2024-cü ilin mühafizə xidməti”nın satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Qalib podratçı müqavilə imzalandıqdan sonra xidməti 2024-cü ilin ilk ayından etibarən göstərməyə başlamalı və 12 ay müddətində xidməti göstərərək təhvil verməlidir. Qalib İddiaçı malları Bakı şəhəri, Heydər Əliyev pr-ti, 142 ünvanına təhvil verəcəkdir. İddiaçıların ixtisas uyğunluğuna dair məlumat, həmçinin malların (xidmətlərin və işlərin) adları, miqdarı və ətraflı təsviri tenderin əsas şərtlər toplusunda və dövlət satınalmalarının vahid internet portalında qeyd olunmuşdur.

Elektron açıq tender prosedurunda iddiaçı qismində satınalmanın predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta  və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər.

İddiaçı  tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi miqdarında  bank təminatı təqdim etməlidir. Tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır.

Müqavilə üzrə ödənişlər aylıq xidmətlər tam təhvil verildikdən və təhvil-təslim aktı imzalanıb təsdiq edildikdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır. Satınalan təşkilatdan aksept aldıqdan sonra 5 (beş) bank günü ərzində qalib seçilən İddiaçı bu Əsas şərtlər toplusunun əlavəsində göstərilən forma üzrə müqavilənin 2 (iki) faizi həcmində Müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir (100 000 ABŞ dolları və yuxarı manat ekvivalenti dəyərində müqavilələr üçün). 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər.

İddiaçının tender proseduruna hazırladığı tender təklifi, həmçinin tender proseduru ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.  Əlaqələndirici şəxs: Səbinə Məhərrəmova (Yeni Klinika PHŞ - mütəxəssis) (tel: (012) 505-62-34) , email: s.maharramova@tabib.gov.az).

İştirak haqqı: 450 (dörd yüz əlli) manat

İştirak haqqı “asan ödəniş” vasitəsi ilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) üzərindən həyata keçirilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13.12.2023-cü il saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 21.12.2023-cü il saat 17:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılış 22.12.2023-cü il saat 17:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsi ilə həyata keçiriləcək. Satınalmaların təşkili ilə bağlı məlumat almaq üçün əlaqələndirici şəxs “Yeni Klinika Publik hüquqi şəxs”in Satınalmaların Planlaması şöbəsinin mütəxəssisi Səbinə Məhərrəmovaya müraciət edə bilərsiniz.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Tenderdə iştirak edən İddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidir:
  • Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
  • Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən əlavə azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Arayış elan verilən tarixdən sonra olmalı, arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
  • İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (2022-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin verən orqan tərəfindən və ya notarial qaydada təsdiqlənmiş surəti pdf formatında olmalıdır.);
  • İddiaçının Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Arayış elan verilən tarixdən sonra və ya elan verilmə tarixindən ən çoxu 15 gün əvvələ olmalı, arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
  • İddiaçının Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Arayış elan verilən tarixdən sonra və ya elan verilmə tarixindən ən çoxu 15 gün əvvələ olmalı, arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
  • Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (Analoji sahə üzrə işləyən işçilər ixtisas göstəricilərinin və peşəkarlığını təsdiq edən elektron informasiya sistemindən bildirişlər);
  • İddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış elan verilən tarixdən sonra və ya elan verilmə tarixindən ən çoxu 15 gün əvvələ olmalı və əsli pdf formatında yüklənməlidir);
  • İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, reyestrdən çıxarış qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Müəssisə, bank və ya notarial qaydada təsdiq olunmalıdır);
  • İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış 2022-ci ili əhatə etməklə Dövlət Statistika Komitəsindən alınmalı və arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya (Sənədin əsli yüklənməlidir)
  • Analoji sahə üzrə yerinə yetirilmiş ən azı 1 müqavilə və həmin müqavilələrin icrası barədə təhvil-təslim aktlarının əsilləri (sənədlərin əsilləri əlavə olunmalıdır).

 TENDER KOMİSSİYASI

Digər xəbərlər