18.10.2023-cü il tarixində “Yeni Klinika” PHŞ-i tərəfindən dövlət satınalmalarının vahid internet portalında elan olunmuş “Monoblok, noutbuk, printer, müxtəlif ofis və digər texnikalar”in satınalınması üzrə elektron açıq tender prosedurunun nəticələrinə əsasən № 245-IIQ, 27 dekabr 2001-ci il tarixli “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə uyğun olaraq tenderin əsas şərtlər toplusunun iş həcminin 3-cü sıra sayı üzrə (printer ehtiyat hissələri və sərf materiallari daxil ) ən sərfəli təklif olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç.,ev 23 B ünvanında yerləşən "Oce Solution" Məhdud Məsuliyyətli Cəmiyyəti tender predmetinin bölünən hissəsi üçün qalib elan olunmuş və onunla 01.03.2024-cü il tarixində 16 520 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.
Tender Komissiyası