Tender prosedurunun adı: “Iso 9001:2015, Iso 31000:2018, Iso 10002:2018 Tələblərinə Uyğun Konsultasiya Xidməti”nin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Qalib podratçı müqavilə imzalandıqdan sonra 10 iş günü ərzində xidməti göstərməyə başlamalı və ən geci 6 ay müddətində təhvil verməlidir. Xidmət Bakı şəhərində olmaqla qalib İddiaçının müəyyən etdiyi ünvanda göstəriləcəkdir. İddiaçıların ixtisas uyğunluğuna dair məlumat, həmçinin malların (xidmətlərin və işlərin) adları, miqdarı və ətraflı təsviri tenderin əsas şərtlər toplusunda və dövlət satınalmalarının vahid internet portalında qeyd olunmuşdur.
İddiaçı tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi miqdarında bank təminatı təqdim etməlidir. Tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır.
Müqavilə üzrə ödənişlər aylıq xidmətlər tam təhvil verildikdən və təhvil-təslim aktı imzalanıb təsdiq edildikdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır. Satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib podratçıya satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizi miqdarında avans ödənişi nəzərdə tutulub.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər.
İddiaçının tender proseduruna hazırladığı tender təklifi, həmçinin tender proseduru ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Əlaqələndirici şəxs: Səbinə Məhərrəmova (Yeni Klinika PHŞ - mütəxəssis) (tel: (012) 505-62-34) , email: s.maharramova@tabib.gov.az).
İştirak haqqı: 100 (yüz) manat
İştirak haqqı “asan ödəniş” vasitəsi ilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) üzərindən həyata keçirilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20.11.2023-cü il saat 17:50 tarixinə qədər, tender təklifi və bank təminatı isə 28.11.2023-cü il saat 17:50-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılış 29.11.2023-cü il saat 17:50-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək. Satınalmaların təşkili ilə bağlı məlumat almaq üçün əlaqələndirici şəxs “Yeni Klinika Publik hüquqi şəxs”in Satınalmaların Planlaması şöbəsinin mütəxəssisi Səbinə Məhərrəmovaya müraciət edə bilərsiniz.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak edən İddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidir:
- Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən əlavə azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
- İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı ( 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin verən orqan tərəfindən və ya notarial qaydada təsdiqlənmiş surəti pdf formatında olmalıdır.);
- İddiaçının Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
- İddiaçının Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (Müəssisə haqqında məlumat və ən azı 10 il oxşar sahədə konsultant təcrübəsi olan işçilərinin ixtisas göstəricilərinin və peşəkarlığını təsdiq edən CV-ləri əlavə edilməlidir);
- İddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış elan verilən tarixdən sonra alınaraq əsli pdf formatında yüklənməlidir);
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, reyestrdən çıxarış qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Müəssisə, bank və ya notarial qaydada təsdiq olunmalıdır);
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış 2022-ci ili əhatə etməklə Dövlət Statistika Komitəsindən alınmalı və arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);İSO sertifikasiyası ilə bağlı analoji sahələrdə Azərbaycan Respublikasında yerinə yetirilmiş ən azı 3 müqavilə və həmin müqavilələrin icrası barədə təhvil-təslim aktlarının, elektron qaimə və ya ödənişi təsdiq edən sənədlərinin əsilləri (sənədlərin əsilləri əlavə olunmalıdır).
TENDER KOMİSSİYASI