03 Noyabr 2023 12:00

Bildiriş

Yeni Klinika - Bildiriş

Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Yeni Klinika” publik hüquqi şəxs tərəfindən 27 oktyabr 2023-cü il tarixdə elan olunmuş “ISO 9001:2015, ISO 31000:2018, ISO 10002:2018 tələblərinə uyğun konsultasiya xidməti”nin satınalınması ilə bağlı elan olunmuş tender prosedurunun Dövlət Satınalmalarının Vahid İnternet Portalında iş həcminin göstəricilərində texniki xəta səbəbindən eyni predmetlərin adı portala 2 dəfə təkrarlanmışdır.

Bu səbəbdən iddiaçının müraciətinə əsasən şərtlər toplusunda, iş həcminin adında və tələblərində heç bir dəyişiklik edilmədən yalnız portalda qiymət təklifi hissəsində göstərilən iş həcmində olan texniki xəta aradan qaldırılmışdır. Hazırki elan yeni versiyada təkrar dərc edilmişdir. Nəzərə almağınız xahiş olunur.

Tender Komissiyası

Digər xəbərlər